Gündəm

Bakıda o xəstəxanada daha bir nəfər öldü – Ölü sayı 7 nəfərə çatdı

reklam...

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

Savash.org oxu.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib. 

Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib. Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.

TƏBİB qeydə alınan ölüm faktını Oxu.Az-a təsdiqləyib.

Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı yeddi nəfərə çatıb

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close