Gündəm

MSK-dan “Ölüf, ölüf, derəm saa…” videosu ilə bağlı AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 107 saylı Qazax Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

“SAVAŞ” Oxu.Az-a istinadən xəbər verir ki, iclasda MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, həmin dairə üzrə ölən şəxslərin səs verməsi ilə bağlı iddialar araşdırılıb.

B.Əsgərov qeyd edib ki, araşdırmalar nəticəsində bu iddia öz təsdiqini tapmayıb.

“Həmin dairədə çəkilən videogörüntülərdən biri də sosial şəbəkələrdə yerləşdirilən “Ölüf, ölüf, derəm saa… Başdaşı da var” ifadələri ilə məşhurlaşan videodur”, – deyə B.Əsgərov bildirib.

B.Əsgərov qeyd edib ki, araşdırma nəticəsində videoda öldüyü deyilən vətəndaşın əslində həyatda olduğu müəyyənləşib: “Sadəcə o, iki övladını da götürərək Bakıya gedib”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close