Gündəm

Koronavirusa görə 5 il həbs edilə bilərsiniz – Parlament dəyişikliyi qəbul etdi

Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar və  Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.

“SAVAŞ” xəbər verir ki, təklif edilən dəyişikliyə görə, Azərbaycanda koronavirusa görə cərimə tətbiq ediləcək. 

Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. 

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimə ediləcək. 

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Təklif edilən dəyişikliklər səsə qoyularaq qəbul edilib. /Qafqazinfo

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close