Gündəm

Meriyadan AÇLIQLAMA: Sabahdan Bakı gündə iki dəfə yuyulacaq

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti sakinlərin nəzərinə çatdırır ki, koronavirus (COVİD – 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.

“SAVAŞ” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən daxil olan xəbərə görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close