Gündəm

Azərbaycanın Fransadakı xanım diaspor rəhbəri koronavirusa yoluxdu

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub.

“SAVAŞ”-ın Oxu.Az-a istinadən xəbərinə görə,  o özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra M.Fətəliyeva həyat yoldaşının baş həkim işlədiyi Paris ətrafındakı xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb. 

Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Fransa Avropada İtaliya, İspaniya və Almaniyadan sonra ən çox koronavirusun yayıldığı ölkədir. Son məlumata görə, bu ölkədə 25 233 adamda koronavirus aşkarlanıb. Bunlardan 3900 adam sağalıb, 1331 nəfər ölüb. 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close