Gündəm

“Maska hökmən taxılmalıdır, amma onu çıxaranda…” – MÜBAHİSƏ DAVAM EDİR

reklam...

“Xəstə olmayanların maskalardan istifadə etməmələri barədə çağırışlar həqiqəti əks etdirmir”.

“SAVAŞ” xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Yardımlar Mərkəzinin direktoru Maykl Rayanın qoruyucu maskalardan istifadənin koronavirusla mübarizədə heç bir yararlığının olmadığı və  xəstə olmayanların maskalardan istifadə etməmələri tövsiyyəsinə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib: 

“Ümumiyyətlə, maskalardan hər kəsin istifadəsi vacibdir.  Ən azından maskalar viruslardan qorunmaq üçün vasitədir. Düzdür, nəinki maskalar, istənilən vasitələr, hətta əlcək, qoruyucu kambizionlar belə düzgün çıxarılmadıqda yenə də təhlükəli vəziyyət yaradır.  Bu nəinki konoravirusa, qripə və digər infeksion xəstəliklərə də aiddir”.

Həmsöhbətimiz hesab edir ki, indiki vəziyyətdə qoruyucu maskalardan hər kəsin istifadəsi lazım və vacibdir: “Amma onu çıxararkən yanlış şəkildə çıxarmamaq şərtilə. Ona görə də düşünürəm ki, maskalardan xəstə olmayanların istifadə etməsinin mənasız olduğu barədə səslənən fikirlər yanlışdır. Xəstə olmayanların da xəstəliyə tutulmaması üçün onların da maska taxmalarının effekti var. İstənilən halda xəstə olmayan insanlar da mütləq mənada maska taxmalıdır”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close