Gündəm

Cəbhədə nə baş verib?

Cəbhədə nə baş verib?
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin diversiya etdiyini iddia edib.

ANS PRESS-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, guya azərbaycan kəşfiyyatçıları Azərbaycan-Ermənistan sərhədində “Daevoo” markalı avtomobili atəşə tutublar.

İddia olunur ki, kəşfiyyat qrupumuz atəş açıldıqdan sonra geri çəkilib.

Azərbaycan Müdafiə Nazirliyindən isə ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib ki, bu, erməni tərəfinin uydurmasıdır.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri məhv etmək üçün yalnız hərbi hədəflərə atəş açır:

\”Mülki insanların, dinc sakinlərin, heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektlərin atəşə tutulması isə yalnız ermənilərə xas olan xüsusiyyətdir\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close