Gündəm

İcra başçısını facebook paylaşımı ələ veribmiş – O NİYƏ TÖHMƏT ALDI?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət verib.

Bununla bağlı imzalanan sərəncamda bildirilib ki, yeni icra başçısı Nahid Bağırov koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozub.

Savash.org-a N. Bağırova töhmət verilməsinin səbəbləri məlum olub. Belə ki,  icra başçısı aprel ayının 18-də turizm sahəsi üzrə bir qrup sahibkarla İsmayıllı rayonunun Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib və  bunu əks etdirən bu fotolar N. Bağırovun “Feysbuk” səhifəsində də paylaşılıb.

Əsas mәqsәd dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək kimi göstərilsə də, yayımlanan fotolarda başçının heç bir karantin rejimi qaydasına əməl etmədiyi görünür.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close