Gündəm

İşdən çıxarılan şöbə müdiri dələduz olub? – Nazirlik açıqladı

Ə. F.Qarayev adına uşaq xəstəxanasının şöbə müdiri işdən çıxarıldığı üçün xəstəxananı məhkəməyə verib. 

Laboratoriyanın şöbə müdiri işləmiş Əzizova Xanımcan Nüsrət qızı qanunsuz işdən çıxarıldığı üçün Bakı İnzibati Məhkəməsinə müraciət edib. Mülki iş araşdırılması üçün hakim Fərid Mədətlinin icraatına verilib. 

Araşdırmalarımız zamanı məlum oldu ki, işdən çıxarılan Xanımcan Əzizova ayrı-ayrı şəxslərdən məktəbə, universitetə müəllim, akademiyaya tələbə, xəstəxanaya tibb işçisi düzəltmək adı müxtəlif məbləğlərdə pullar alıb, ancaq heç kimin problemlərini həll etməyib və aldığı pulu da qaytarmayıb. 

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, X. Əzizova haqqında daxil olan şikayətlərlə bağlı artıq Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmlara başlanılıb. Onun vətəndaşlardan 200 min manata yaxın pul alaraq qaytarmadığı iddia edilir. Həmçinin X.Əzizovanın müxtəlif banklardan və şəxslərdən pul götürərək qaytarmaması ilə bağlı məhkəmə qətnamələri də çıxarılıb. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close