Gündəm

AXCP üzvü Rəsulzadənin portretinə görə HƏBS OLUNDU

Mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir şöbəsinin üzvü Ceyhun Rzayev polis tərəfindən saxlanılıb. 

“SAVAŞ” xəbər verir ki, bu haqda AXCP-dən məlumat verilib.

Məlumata görə, Rzayev Mingəçevir şəhərində “1941-1945” abidəsinin qarşısında Məmməd Əmin Rəsulzadənin şəklini qaldırdığına görə yerli polis tərəfindən saxlanılıb.

Aksiyanı çəkən jurnalist Elçin Həsənov da polis tərəfindən mindirilərək naməlum istiqamətə aparılıb.

Mingəçevir şəhər məhkəməsi AXCP fəalı Ceyhun Rzayevi 10 gün müddətinə həbs edib. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə tabe olmamaq) maddəsi ilə həbs edib. Jurnalist Elçin Həsənzadə isə sərbəst buraxılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close