Gündəm

Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər dünyasını dəyişdi

Azərbaycan Respublikasında 136 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Savash.org bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232 077 test aparılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close