Gündəm

Nazir “Son zəng”i Kürdə batan qəhrəman müəllimin məktəbində keçirdi

Nazir “Son zəng”i Kürdə batan qəhrəman müəllimin məktəbində keçirdiTəhsil naziri Mikayıl Cabbarov bu gün Sabirabad rayon 5 saylı orta məktəbdə “Son zəng” tədbirinə qatılıb.

Virtualaz.org saytının tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, M.Cabbarov şagirdini xilas edib özü Kürdə batan qəhrəman müəllim Əhliman Hüseynovun xatirəsini yad edib.

Nazirin sözlərinə görə, Əhliman müəllim öz hərəkəti ilə sübut etdi ki, müəllimlik çox böyük bir missiyadır və bu missiya sadəcə sinifə girib dərs deməklə tamamlanmır.

“Son zəng” tədbirindən sonra M.Cabbarov mərhum Əhliman Hüseynovun yaşadığı kəndə və onun evinə də baş çəkəcək.

Qeyd edək ki, ötən ilin dekabrında Sabirabadın Cavad kənd sakini, 5 saylı şəhər orta məktəbində müəllim işləyən 58 yaşlı Əhliman Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil qəza nəticəsində körpüdən çaya düşmüşdü. Əhliman müəllim maşındakı şagirdi – 9 yaşlı Güldəstənin həyatını xilas etsə də özü çayda boğulmuşdu.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close