Gündəm

Təbrizdə türk dilində böyük serial çəkilir

Təbrizdə türk dilində böyük serial çəkilir

Təbrizdə terk dilində yeni serialın çəkilişlərinə start verilib.

\”Amerikanın səsi\” bildirir ki, Mir Tahir Məzlumi və Haşim Çavuşi kimi məşhur aktyorların rol aldığı komediya janrındakı \”Təbrizli tacir\” adlı teleserialın çəkilişi dekabrın əvvəllərində Təbrizdə başlayıb.

İran Radio-Televiziya Qurumu tərəfindən nəşr edilən \”Cam-i Cəm\” qəzetinin dekabrın 14-də yaydığı məlumata görə, Şərqi Azərbaycan üçün proqram yayan \”Səhənd TV\” kanalının sifarişi ilə hazırlanan serialın çəkilişi türk dilində aparılır, ancaq \”Təbrizli tacir\” farsca altyazı və ya dublyajla bütün ölkə boyu yayımlancaq.

\”Təbrizli tacir\”in prodüsseri Fərzad Yəhyəvinin sözlərinə görə, 60 bölümdə hazırlanacaq serial Təbrizdən Qafqaza gedərkən yardımçısı ilə bərabər Qafqaz dağlarında qar uçqununa düşən bir təbrizli tacirin hekayəsini anladır: “Tacir və yardımçısı 70 il Qafqaz dağlarında uçqunun altında qalırlar. Sonra yerdə sıcaqlığın artması və qarların əriməsi ilə tacir Zeynal və yardımcısı Taymaz Təbrizə qayıdır. Ancaq bunca zamanın keçdiyini bilməyən iki təbrizlini fantastik macəralar gözləyir…”

Çəkilişlərin tamamının Təbrizdə aparılacağı bildirilib. Bakı, Tiflis və hekayənin keçdiyi bəzi digər bölgələr üçün quraşdırılmış səhnələr və özəl effektlərdən istifadə ediləcək.

Prodüserin dediklərinə görə, serialın iştirakçıları Şərqi Azərbaycan vilayətinin ən istedadlı aktyorları arasından seçilib: \”Baş rolu oynayan Mir Tahir Məzlumi bu vilayətdən deyil, ancaq türkcəni yaxşı bilir”.

Teleserialın rejissoru Afşin Əlizadədir. Əsas rollarda Mir Tahir Məzlumi, Haşim Çavuşi, Həmidə Müqəddəszadə, Nasir Haşimi və Babək Nəhreyn kimi təcrübəli sənətçilər çəkilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close