Hadisə

Almaniya polisi azərbaycanlını saxladı: Xəstəxanadan spirt oğurlayıb satırmış

Almaniyanın Münster şəhərindəki bir xəstəxanadan 100 litr tibbi spirt oğurlayan Azərbaycan vətəndaşı saxlanılıb. 

“SAVAŞ” xəbər verir ki, “Report”un Avropa bürosunun Münster Şəhər Polis Təşkilatından əldə etdiyi məlumatda deyilir ki, bu ilin fevral ayından şəhərdəki xəstəxanalardan birindən 100 litr tibbi spirt oğurlayan 28 yaşlı Azərbaycan vətəndaşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Münster polisinin media əlaqələndiricisi Angela Lüttman “Report”a açıqlamasında bildirib ki, şübhəli şəxs qismində saxlanılan 28 yaşlı Azərbaycan vətəndaşı oğurladığı tibbi spirti internet vasitəsi ilə satarkən saxlanılıb.

“Məhkəmənin qərarı ilə onun Havixbeck qəsəbəsindəki evinə baxış keçirilib. Spirt qabları xəstəxana inventarına daxil edildiyindən onun haqqında cinayət işi açılıb. Ancaq şübhəli şəxs qismində saxlanılan azərbaycanlı hələ də ittihamları rədd edir”, – A.Lüttmann bildirib.

Hazırda faktla bağlı Münster Şəhər Polis Təşkilatında istintaq tədbirləri davam etdirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close