Hadisə

DTX Niyaməddin Orduxanlının qardaşı oğlunu silahla tutdu

reklam...

Bu gün DTX və polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunan Novruz Orduxanlı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının qardaşı oğludur.

“SAVAŞ” xəbər verir ki, bu haqda demokrat.az saytı məlumat yayıb. Bildirək ki,

 Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürürülüb.

Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Novruz Orduxanlı qəsəbə ərazisində saxlanılıb. Ondan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close