Hadisə

Xırdalan və Sumqayıtda da postlar quruldu – RƏSMİ

“Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıtda da polis postları qurulub”.

“SAVAŞ” xəbər verir ki, bunu Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə nəqliyyatın hərəkət intensivliyi nəzərə alınaraq, orada yoxlamalar aparılıb:

“Postlar qurulub və orada da vətəndaşların zərurət olmadan evdən çıxma halları aşkar olunub.

Bunların qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Polisin tələblərinə tabe olmayan, xəbərdarlıqlara məhəl qoymayan şəxslər haqqında protokollar tərtib ediləcək”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close