Hadisə

Gəncədə kişi həyat yoldaşını benzinlə yandırdı – FOTO

Gəncədə qadın yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökməklə yandırıb. Səbəb isə onların boşanması olub.

Faktla bağlı araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close