Hadisə

“Almaniyada şokolad fabrikində işə düzəldəcəm” – Azərbaycanda yeni növ dələduzluq

31 nəfərə qarşı dələduzluq edən Məmmədov Vüsal Mübariz oğlunun məhkəməsi başlayır. 

“SAVAŞ”-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq- təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən V.Məmmədovun cinayət işi Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatına verilib. İttiham aktına görə, V.Məmmədov vətəndaşları Avropa ölkələrində yüksək məvacibli işlərə düzəldəcəyi ilə aldadıb onların 50 min manata yaxın pulunu mənimsəyib. 

Belə ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 2019-cu ilin dekabr ayında dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Məmmədov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələr, o cümlədən sosisal şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb. O, iş üçün ona müraciət edən şəxsləri Almaniya, Çexiya, Polşa Respublikalarında yerləşən şokolad fabrikləri, Norveç Krallığında balıq fabriki, Estoniya Respublikasında yerləşən avtomobil zavodunda işlə təmin edəcəyinə söz verərək onları dələduzluq yolu ilə aldadıb. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close