Hadisə

İcra Hakimiyyətinin işçisi özünü güllələyib öldürdü – LERİKDƏ

Lerik sakini ov tüfəngi ilə özünü güllələyib.

“SAVAŞ” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

1977-ci il təvəllüdlü Qalib Quliyev yaşadığı evdən 50 metr aralıdakı həyətyanı sahədə ov tüfəngi ilə özünü güllələyib.

İlkin ehtimallara görə, Q.Quliyevin borc səbəbindən özünü öldürüb. Onun iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum 15 il Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində məsləhətçi işləyib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close