Hadisə

Lənkəranda partlayış: Ölən və yaralanan var

reklam...

Lənkəranda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Savash.org xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb. 

Qaynaqçı, şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağamusa oğlu Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib. 

Anar Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. 

A.Ağakişiyevin köməkçisi, 1979-cu il təvəllüdlü Eldəniz Malik oğlu Şükürov isə hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

Hazırda reanimasiya şöbəsində müalicə alan E.Şükürovun vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.  /APA

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close