Hadisə

Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu

Sosial şəbəkələrdə Sumqayıt Telekommunikasiya Qovşağının iki əməkdaşının koronavirusa yoluxduğu ilə bağlı məlumatlar yayılıb.

Savash.org xəbər verir ki, qurumun koronavirus infeksiyası aşkarlanan əməkdaşlarından biri qadın, digəri isə kişidir. Onların karantinə alındığı deyilir.

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov açıqlamasında faktı təsdiqləyib:

“Qovşağın virusa yoluxan iki əməkdaşından biri qrip olduğu üçün işə gəlmirdi və müayinə olunub. Koronavirusla bağlı müayinə nəticələri pozitiv çıxıb. Digər yoluxan əməkdaşla təmasda olduğu iş yoldaşları da müayinə olunub və nəticələr neqativ çıxıb. Həmin işçilərin otaqları və ümumilikdə qovşağın daxili, ətraf  yenidən dezinfeksiya olunub”.

Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 250 nəfər koronavirusa yoluxub.  /Xeberle.com

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close