Hadisə

Bakıda ərini bıçaqlayan qadın: \”Məni qısqanmırdı\”

Bakıda ərini bıçaqlayan qadın: "Məni qısqanmırdı"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirli bilinən 1986-cı il təvəllüdlü Nüşabə Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. N. Rəhimova ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində əri Şamil Rzayevi (ad şərtidir) onu qısqanmamağına, uşaqlara və ona doğru-düzgün baxmadığına görə bıçaqladığı nı deyib. Məhkəmə prosesi aprelin 8-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il yanvar ayında Binəqədi rayonunda baş verib. 28 yaşlı Nüşabə Rəhimova münaqişə zəmnində həyat yoldaşı Şamil Rzayev (ad şərtidir) yatdığı yerdə bıçaqlayıb. Xəstəxanaya çatdıralan kişinin həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Nüşabə Rəhimova 15 yaşında Ş. Rzayevə qoşularaq qaçıb. N. Rəhimovanın anası da bir neçə il bundan qabaq ərini öldürüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close