Hadisə

Bakıda güclü yanğın

Bakıda güclü yanğınNargilə\” kafesinin yaxınlığında yerləşən binalardan birində güclü yanğı baş verib.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakının Nobel prospektində yerləşən həmin binanı tamamilə alov alib.

Hazırda yanğın davam edir və etrafa zəhərli tüstü yayılıb.

Yanğınsöndürmə briqadaları bunanın söndürülməsinə cəlb olunublar.

Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədib.

Xətai rayonu, Nobel prospektində \”Nargilə\” kafesinin yanxınlığında yerləşən həmin yaşayış binasının sakinləri artıq təxliyə olunublar.

Yaxınlıqdakı binaların sakinləri də təşviş keçiriblər. Yanğının baş verdiyi əraziyə polis qüvvələri da cəlb olunub.

Yanğının baş verməsinin mümkün səbəbi kimi, ilkin ehtimal olaraq, reklam lövhələri göstərilir.

Hava küləkli olduğundan yanğının şiddəti daha da güclənib.

Ancaq əməkdaşımızın verdiyi son məlumata görə, bu güclü yanğını söndürmək nəhayət ki, mümkün olub

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close