Hadisə

Maşın alverçiləri Bakıda aksiya keçirir

Maşın alverçiləri Bakıda aksiya keçirirHazırda \”8-ci km\”də yerləşən maşın bazarında avtomobil satıçıları etiraz aksiyası keçirir

Satıcılar bazarın rəhbərliyindən icarə haqqının azaldılmasını tələb edirlər.

Bu barədə “Bizim Yol”-a aksiyaçılardan biri məlumat verib. Məlumata görə, hələ ki, bazarın rəhbərliyi aksiyaçıları qəbul etməyib.

Aksiyaçıların bu tələbinə əsas iqtisadi böhran və hökumətin bəzi qərarları olub. Belə ki, Mərkəzi Bankın avtokreditlərə qoyduğu qadağalar, \”Avro\” stantdarların tətbiqi, istehlak kreditlərinin məhdudlaşdırılması, devalvasiya, hökumətin bazara inzibati müdaxiləsi və sair amillər maşın bazarını çökdürüb. Nəticədə alıcıların sayı azalıb, alqı-satqı əməliyyatları kəskin şəkildə aşağı düşüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close