Idman

“Qarabağ” və “Qəbələ” “Avroliqa”nın qrup mərhələsində

reklam...

“Qarabağ” və “Qəbələ” “Avroliqa”nın qrup mərhələsində
Ötən gün “Avroliqa”nın pley-of mərhələsində mübarizə aparan Azərbaycan klublarından hər ikisi –“Qarabağ” və “Qəbələ” ardıcıl ikinci ilə turnirin qrup mərhələsinə vəsiqə qazanıblar.
Səfərdə İsveçin “Höteburq” klubuna minimal hesabla məğlub olan “Qarabağ” cavab oyununda 3:0 hesablı qələbə ilə adını qrup mərhələsinə yazdırıb.
Bir həftə bundan öncə Sloveniyanın “Maribor” komandasını 3:1 hesabı ilə yenən “Qəbələ” isə rəqib meydanında çətin durumla üzləşib. 69-cu dəqiqədən etibarən minimal hesablı məğlubiyyətlə yanaşı təmsilçimiz 10 nəfərlə mübarizə aparmalı olub. Rəqibin ciddi səylərinə baxmayaraq “Qəbələ” hesabın artmasına imkan verməyib.
Beləliklə, ardıcıl ikinci dəfə “Avroliqa”nın qrup mərhələsinə vəsiqə qazanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close