Idman

\”Sumqayıt\” klubunun futbolçusu oğurluğa görə tutuldu

"Sumqayıt" klubunun futbolçusu oğurluğa görə tutuldu
\”Sumqayıt\” klubunun futbolçusu Nicat Muxtarov saxlanılıb.
Məlumata görə, 22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb.
Belə ki, polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarovdur.
Dəstə üzvləri ötən gün səhər saatlarında yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar.
Məlumat Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən də təsdiqlənib. Bölmədən \”Report\”a bildirilib ki, hazırda fakt üzrə istintaq aparılır.
\”Sumqayıt\” klubunun meneceri Ceyhun Sultanov isə \”Report\”a açıqlamasında hadisədən xəbərsiz olduğunu söyləyib. O, Muxtarovun bir neçə gündür məşqlərə qatılmadığını da əlavə edib: \”Atası Asif Muxtarov bir neçə gün əvvəl zəng edib demişdi ki, oğlum xəstədir, ona görə məşqlərə gələ bilmir\”.
Qeyd edək ki, Nicat Muxtarov əvvəllər Zaqatalanın \”Simurq\”, Bakının \”Rəvan\”, eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da forma geyinib. O, \”Sumqayıt\”a 2015-ci ilin yayında keçib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close