Idman

Prezident vəzifəsini o icra edə biləcək – AFFA-da dəyişiklik

Prezident vəzifəsini o icra edə biləcək - AFFA-da dəyişiklikBu gün AFFA-nın növbədənkənar Konfransı keçirilib.

Savash.org xəbər verir ki, saat 10:00-da başlayan konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə edilmiş dəyişiklik və əlavələr olub.

Dəyişikliklərə əsasən, AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinin sayı 11-dən 13 üzvə qaldırılıb. Eyni zamanda, federasiyada bundan sonra dörd vitse-prezident çalışacaq. 1-ci vite-prezident vəzifəsi ləğv edilib və icraçı vitse-prezident vəzifəsi təsis olunub.

Bununla da, AFFA prezidenti səlahiyyətlərini icraçı vitse-prezident həyata keçirmək hüququna malik olub. Əgər, İcraiyyə Komitəsində AFFA prezidenti iştirak etməsə, bu zaman onu icraçı vitse-prezident əvəzləyəcək.

Qeyd edək ki, hazırda AFFA -nın prezidenti Rövnəq Abdullayevdir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close