Idman

Millininin heyətində qalmaqal – Siqaret çəkən futbolçular qovuldu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində xoşagəlməz hal yaşanıb.

“Savaş” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close