Idman

“Azarkeşlər indi fikirləşirlər ki, mən necə futbolçuyam” – “Qarabağ”ın yeni transferi

“Qarabağ”a gəldiyim üçün xoşbəxtəm. Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir klubda oynamaq xəyalım idi”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Ovusu Kvabena klubun rəsmi saytına açıqlamasında deyib.

Ağdam təmsilçisinə keçidi haqda danışan qanalı hücumçu azarkeşlərin ondan nə gözlədiyini yaxşı bildiyini qeyd edib: “Ümid edirəm ki, burada hər şey mənim üçün yaxşı olacaq. Azərbaycanın ardıcıl 6 dəfə çempion olmuş komandasına gəldiyimi və azarkeşlərin məndən çoxlu qollar gözlədiyini yaxşı başa düşürəm. Əlimdən gələn ən yaxşısını edəcəyəm.

“Qarabağ”dan təklif gələndə burada heç kimi tanımırdım. Bilirdim ki, komanda iki il öncə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Və belə klubda oynamaq mənim üçün arzu idi. Gənc futbolçuyam və bu, mənim üçün əla imkandır. Öz şəxsi hədəfim haqda heç nə deməyəcəyəm. Məncə, ən yaxşısı elə meydanda göstərməkdir. Bilirəm, azarkeşlər indi fikirləşirlər ki, mən necə futbolçuyam. Ümid edirəm ki, oyunumla özümü onlara sevdirəcəyəm”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close