Idman

“Neftçi”də GƏRGİN ANLAR: “Bordin gedib, bəs indi niyə oynamırsız?”

«Neftçi» bu gün Premyer Liqanın 17-ci turun oyununa çıxacaq. «Ağ-qaralar» paytaxt derbisində «Keşlə»ni qəbul edəcək.

Qarşılaşmanı 6 xallıq adlandırmaq olar. Hazırda rəqiblər turnir cədvəlinin 2-3-cü pillələrini bölüşdürür.

«Neftçi» 1 xal irəlidə olduğu «Keşlə»ni üstələsə, ikinci sırada bir qədər rahat nəfəs alacaq. Sadəcə, komandanın üçüncü dövrəyə uğursuz başlaması rəhbərliyi qayğılandırır.

«Sumqayıt» və «Qarabağ»la oyunlarda 2 xal toplayan kollektiv Füzuli Məmmədovun rəhbərliyi altında istənilən futbolu sərgiləmir. Sükan arxasında Roberto Bordini əvəzləyən keçmiş köməkçisi futbolçuların bir çoxundan narazıdır.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçinin şikayətindən sonra Ceyhun Sultanov bir qrup legionerlə görüşüb. İdman direktoru əcnəbi oyunçulardan təcili toparlanmalarını tələb edib:

«Bordindən narazı idiz, narazılıq eləyirdiz, biz də onu göndərdik. Hamı bu gün «Neftçi»dən qələbə gözləyir. Bunun üçün siz başqalarından çox çalışmalısız, çünki legionersiz.

Hələlik mən sizdə bu istəyi görmürəm. Bordin gedib, bəs indi niyə o səviyyədə oynamırsız? Biz bütün səlahiyyətləri Füzuli Məmmədova vermişik. O, nə qərar verəcəyiksə, arxasında dayanacağıq».

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close