Idman

Messi “Barselona” ilə bağlı qərarını AÇIQLADI

reklam...

“Barselona”nın kapitanı Lionel Messi komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Argentinalı hücumçu “Mundo Deportivo”ya açıqlamasında belə bir fikirdə olmadığını deyib:

“Mənim fikrim, kub və azarkeşlər istədiyi müddətdə “Barselona”da qalmaqdır. Mən tərəfdən problem yoxdur. “Barselona” ilə daha bir dəfə Çempionlar Liqasını qazanmaq istəyirəm.

Heç vaxt “Barselona”dan ayrılmaq haqda düşünməmişəm. İndi də fikirləşmirəm. İllər ötür və sən qarşıda nələr olacağını bilmirsən. Ancaq onu deyəm ki, burada özümü əvvəlki illərdən də yaxşı hiss edirəm”.

Xatırladaq ki, Messinin klub rəhbərliyi ilə arasında problem olduğu və bu səbəbdən komandadan ayrıacağı iddia olunur.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close