Idman

“Çempionlar Liqasını dayandıra bilərik” – UEFA-dan koronavirus açıqlaması

UEFA-nın vitse-prezidenti Mixele Uva koronavirus epidemiyasının sürətlə yayılmasının Avropa futboluna təsiri barədə danışıb.

Qurum rəsmisi Avropa çempionatını təxirə salmaq istəmədiklərini deyib:

“Ev sahibi olan ölkələrin virusla bağlı qərarlarına uyğun hərəkət etməliyik. Turniri təxirə salmaq və şəhər dəyişikliyi etmək istəmirik. Ancaq ev sahibi olan şəhərlərdən hansısa qaranti verməsə, dəyişiklik etməyə məcbur ola bilərik”.

Uva Çempionlar Liqası və Avropa Liqasının oyunlarının təxirə salınmaq ehtimalları barədə bunları söyləyib:

“Hazırda yenilikləri izləyirik. Hər ölkənin vəziyyəti dəyərləndirilir. UEFA hər ölkənin virusla bağlı qərarına baxacaq. Əgər koronavirus epidemiyası Avropada istəmədiyimiz hala gələrsə, Çempionlar Liqası və Avropa Liqasını dayandırmaq məcburiyyətində qala bilərik”.

Avropa çempionatında A qrupunun 3, 1/4 finalın1 qarşılaşması Bakıda keçiriləcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close