Idman

“Tottenhem” futbolçusunun evi qarət olundu – Ailəsinə hədə-qorxu gəldilər

“Tottenhem”in futbolçusu Yan Vertongenin evi qarət olunub.

Hadisə martın 10-da “Tottenhem”in Almaniyada “Leyptsiq”lə keçirdiyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü zamanı baş verib.

Həmin vaxt mənzildə 33 yaşlı müdafiəçinin həyat yoldaşı və iki uşağı olub. Dörd nəfər oğru ailə üzvlərini bıçaq və maçete ilə hədələyərək, evdən qiymətli əşyalar və pul aparıblar. Belçikalı futbolçunun ailəsinə heç bir bədən xəsarəti yetirilməyib. Hazırda polis araşdırma aparır və şahidləri dindirir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close