Idman

“Yuventus”un daha bir futbolçusu koronavirusa YOLUXDU

“Yuventus”un daha bir futbolçusunda koronavirus xəstəliyi aşkarlanıb.

Yarımmüdafiəçi Bleyzi Matuidinin testləri müsbət nəticə verib.

Turin təmsilçisi rəsmi saytı vasitəsilə məlumatı təsdiqləyib. Fransa millisinin üzvü martın 11-dən bəri öz istəyi ilə evində nəzarət altındadır. Həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus infeksiyası üzə çıxıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close