Idman

Əfsanəvi futbolçu koronavirusdan öldü

İngiltərənin “Lids Yunayted” klubunun əfsanəsi, keçmiş futbolçu Norman Hunter dünyasını dəyişib. 

Savash.org BBC-yə istinadən xəbər verir ki, 76 yaşlı keçmiş müdafiəçinin ölüm səbəbinin koronavirus olduğu bildirilib. 

Hunterin koronavirus testi aprelin 10-da müsbət nəticələnib və o, xəstəxanaya yerləşdirilib. Bir müddətdir müalicə alsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Norman Hunter 1962 – 1976-cı illərdə “Lids Yunayted”in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close