Idman

Çempionlar Liqası tarixinin ən yaxşı qolu müəyyənləşib – VİDEO

Çempionlar Liqası (ÇL) tarixinin ən yaxşı qolları seçilib.

Apasport.az saytının məlumatına görə, “France Football” nəşri sıralamanı açıqlayıb.

Həmkarlarımız ən nüfuzlu klub turnirində Zinəddin Zidanın vurduğu qolu fərqləndiriblər. 2001-02 mövsümündə fransalı yarımmüdafiəçinin hazırda baş məşqçisi olduğu “Real”ın heyətində “Bayer“lə final matçında vurduğu qol ən yaxşı adına layiq görülüb.

“Fiorentina”nın yarımmüdafiəçisi Mauro Bressanın 1999-cu ildə “Barselona”nın qapısından keçirdiyi top ikinci olub. Üçüncü yerdə isə Kriştianu Ronaldonun 2017-18 mövsümündə “Real”da olarkən hazırkı komandası “Yuventus”a vurduğu qol qərarlaşıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close