Idman

Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək – Səbəb

Bu il Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək.

Savash.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, TFF ilə UEFA arasında yekun danışıqların nəticəsinə əsasən, bu il ÇL-in finalı İstanbulda olmayacaq. Buna baxmayaraq, 2021-ci ildə final matçının Türkiyənin ən böyük şəhərində keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Məlumatda qeyd olunur ki, bununla bağlı qərar TFF prezidenti Nihat Özdemirin xahişi ilə qəbul edilib. Özdəmir Çempionlar Liqasının həlledici matçının boş tribunalar önündə keçirilməsini istəmədiyi üçün 1 il gözləməyi təklif edib.

O, gələn il final matçının azarkeşlərin iştirakı ilə keçiriləcəyinə ümid etdiyini bildirib.

Qərarın iyunun 17-i UEFA-nın iclasında rəsmən açıqlanacağı gözlənilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close