Idman

“Neftçi“ 1 qəpik ödəmədən Nigeriyadan futbolçu aldı – Foto

“Neftçi” Yusuf Lavalın transferini açıqlayıb.

Savash.org xəbər verir ki, “Lokeren”lə müqavilə müddəti başa çatan 22 yaşlı sağ cinah yarımmüdafiəçi “ağ-qaralar”a azad agent kimi keçib.

Nigeriyalı ölkəsində “36 Lion”un yetirməsidir və 2017-ci ildə Belçika klubuna keçib. Laval bakılılarla 2+1 illik sazişə qol çəkib. Sportinfo yazır ki, o, yeni komandasında 24 nömrəli formanı geyinəcək.

“Neftçi” buna qədər yalnız “Keşlə”dən Cabir Əmirlinin transferini rəsmiləşdirib. Fəhmin Muradbəyli isə “Səbail”dən icarədən qayıdıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close