Idman

“Qarabağ”ın yeni transferi danışdı – “…səbirsizliklə gözləyirəm”

“Bu komandada olmaqdan məmnunam”.

Bu fikirləri “Qarabağ”ın yeni transferi Uroş Matiç “Telegraf.sr” saytına açıqlamasında deyib.

Sportinfo yazır ki, Makedoniya əsilli serbiyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubundan konkret təklif gəldiyi üçün bu komandaya keçməyə razılıq verib: “Qarabağ” transferim üçün hər şeyi etdi. Mənə daha böyük diqqət göstərdilər”.

“Qarabağ” Danimarkanın “Kopenhagen” klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb. Klub barədə də danışan 30 yaşlı oyunçu “Qarabağ”ın yaxşı təşkilatlanmış kollektiv olduğunu söyləyib:

“Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həm çempionatda, həm də avrokuboklarda yaxşı nəticələrimiz olacaq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close