Idman

Messidən etiraf: “Kasilyasa qarşı oynamaq çətin idi”

“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın sabiq qapıçısı İker Kasilyasın karyerasını bitirməsinə münasibət bildirib.

“SAVAŞ” xəbər verir ki, argentinalı oyunçu ispaniyalı qapıçı barədə xoş sözlər söyləyib:

“İker futboldan ayrılsa da, adı çoxdan tarixə keçib. Yalnız liqada titullar aldığına görə yox, beynəlxalq səviyyədə hər şeyi qazanmağı bacardığı üçün.

O, böyük qapıçıdır və həqiqət budur ki, İkerə qarşı oynamaq mənim üçün çətin idi. Ancaq geriyə baxanda düşünürəm ki, hər dəfə bir-birimizlə rəqib olduğumuz zaman gözəl bir rəqabət olurdu”.

Kasilyas daha öncə Messinin qarşılaşdığı ən yaxşı hücumçu olduğunu açıqlamışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close