Idman

“Qarabağ” İtaliyadan hücumçu alır – Foto

“Qarabağ” hücumçu axtarışını davam etdirir.

“SAVAŞ” xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən “Kyevo”nun hücumçusu Manuel Puççiarellini transfer hədəfinə alıb.

29 yaşlı hücumçunun klubu ilə 1 illik müqaviləsi qalıb. Ona son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir.

“Kyevo” Puççiarellini 2019-cu ilin yayında “Empoli”dən 3,75 milyon avroya transfer edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Peskara”da keçirib.

Sportinfo-nun yazdığına görə, təcrübəli hücumçu A Seriyasında keçirdiyi 135 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə edib. B Seriyasında 77 matç keçirən forvard 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close