Idman

İspaniyalı məşqçi “Qarabağ“dan ehtiyat edir – “Güclü rəqibdir“

“Püşk həyəcanlı oldu. Bizi uzun səyahətlər gözləsə də, xoş qrup olduğunu düşünürəm”.

Savash.org xəbər verir ki, bunu “Vilyarreal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

49 yaşlı mütəxəssis İ qrupundakı rəqibləri “Qarabağ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”a (Türkiyə) hörmətlə yanaşdığını bildirib.

İspaniyalı çalışdırıcı Azərbaycan çempionunun gücünü xüsusi qeyd edib: “Avropa Liqası son illər çox böyüdüyü üçün rəqiblər bizə çətin anlar yaşadacaq.

Hər bir komandanın özünəməxsusluğu var. “Qarabağ” istənilən rəqiblə mübarizə aparmaq gücündədir və Avropada nüfuz sahibidir. Avrokubok ənənəsi olan “Makkabi” də çətin rəqibdir.

“Sivasspor”da isə təcrübəli futbolçular cəmləşib. Bizim üçün yenidən bu turnirdə yarışmaq vacib fürsətdir. Bu, ötən mövsümdəki çıxışın mükafatıdır. Qrupdakı matçları səbirsizliklə gözləyirik”.

Bu ilin iyul ayından “Vilyarreal”a rəhbərlik edən Emeri hədəflərinin Avropa Liqasını qazanmaq olduğunu söyləyib: “Qarşımıza iddialı hədəflər qoymuşuq.

Addım-addım, oyun-oyun irəliləmək istəyirik. Avropa Liqasını qazanmağın xəyallarını qururuq. Buna görə də həyəcanlıyıq. Hər matça bu rəqabətə layiq olduğumuzu sübut etmək üçün çıxacağıq”.

Qrup mərhələsində I tur 22 oktyabr, II tur 29 oktyabr, III tur 5 noyabr, IV tur 26 noyabr, V tur 3 dekabr, VI tur 10 dekabrda keçiriləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close