Idman

Boks tarixinin ən bahalı döyüşü – (Fotolar)

Boks tarixinin ən bahalı döyüşü - (Fotolar)

Son illərin ən yaxşı boksçuları olan Floyd Meyuezer və Menni Pakyao mayın 2-də Las Veqasda rinqə çıxmazdan əvvəl baxışıblar.

Türkiyə mətbuatının verdiyi məlumata görə, ABŞ-da 5 il davam edən danışıqlardan sonra boksçular rinqdə görüşməyə razılıq veriblər.

Qarşılaşmanın pul mükafatı 250 milyon dollardır. Bu, boks tarixinin ən bahalı görüşü olacaq. “Pak-Man” ləqəbli 36 yaşlı Filippin əsilli M.Pakyao deyib: “Allaha bizə bu fürsəti verdiyi üçün şükr edirəm. Hamı bilməlidir ki, Tanrı məni heç kim olduğum halda bu səviyyəyə gətirdi\”.

Məğlub olmamış \”Pul\” ləqəbli 37 yaşlı amerikalı F.Meyuezer isə bildirib: “Atama və mənə dəstək verən heyranlarıma təşəkkür edirəm. Sizin dəstəyiniz sayəsində bu səviyyəyə çatmışam. Əsrin qarşılaşması bizi gözləyir”.

Rəqiblər arasında əldə edilən razılaşmaya əsasən, F.Meyuezer mükafatın 60 faizini, M.Pakyao isə 40 faizini alacaq. Qarşılaşmanın biletləri 1500-7500 dollar arasında dəyişir (\”Trend\”).
Boks tarixinin ən bahalı döyüşü - (Fotolar)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close