Idman

TƏXRİBAT – İdmançımız 1-ci yeri tutdu, Ermənistan himni səsləndirildi – VİDEO

TƏXRİBAT - İdmançımız 1-ci yeri tutdu, Ermənistan himni səsləndirildi - VİDEOSerbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə növbəti Avropa birinciliyinə start verilib. Aprelin 20-dək davam edəcək qitə birinciliyində ölkəmiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunur.

Azərbaycan Sambo Federasiyasından verilən məlumata görə, yeniyetmələrin yarışında Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Namiq Abbaslı (56 kq), Mirsahib Əzizov (60 kq), Elvin Cəlilov, Asim Əhmədov (hər ikisi 65 kq), Elçin Sadıxov, Yusuf Yusufov (hər ikisi 81 kq) və Aslan Mirzəyev (87 kq) mübarizə aparır.
Gənclər arasında isə Şakir İsmayılov (48 kq), Fərid Qardaşxanov (57 kq), Kamran Əsgərov (62 kq) və Natiq Sarıyev (68 kq) yarışır.

Modern.az saytına məlum olub ki, dünən Avropa Çempionatında xoşagəlməz insident yaşanıb. Belə ki, 62 kiloqram çəki dərəcsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib.
Azərbycan himni yerinə Ermənistanı himinin səsləndirildiyin görən Kamran Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub.

Himnin səhv səsləndirildiyini görən təşkilartçılar bir neçə dəqiqəlik müzakirələrdən sonra Azərbaycanın himni səsləndiriblər. Modern.az həmin qalmaqallı anları təqdim edir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close