Idman

Tahir Gözəl: \”Rövnəq Abdullayev mükafat söz verib\”

Tahir Gözəl: "Rövnəq Abdullayev mükafat söz verib"\”Qarabağ\” gözәl oynadı. Möhtәşәm qәlәbәyә görә başda prezidentimiz olmaqla, hәr kәsi tәbrik edirәm. Çox sevinirәm\”.

Bu sözləri \”Qarabağ\”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının \”pley-off\” mərhələsində \”Yanq Boyz\”a 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra deyib.

O, meydançanın ot örtüyü haqqında danışmaq istәmədiyini bildirib.

T.Gözəl hazırda transferlә bağlı heç bir söhbәt olmadığını da vurğulayıb:

\”Komanda yaxşıdır. Әfran İsmayılovu meydanda belә görmәk xoş idi. Onu \”şir\” kimi görmәk məni sevindirdi. Əfranın ürәyimdә yeri var\”.

\”Qarabağ\”ın vitse prezidenti qrup mərhələsinə yüksəldikləri üçün futbolçulara xüsusi mükafat verilib-verilməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

\”Bizim standart mükafatlarımız var. Rövnəq Abdullayev də mükafat söz verib. Gedib mükafatı alacağıq (gülür)\”.

T.Gözəl \”Qәbәlә\”yә Avropa Liqasında \”Panatinaikos\”la matçda uğurlar arzu edib:

\”Bizdәn ilhamlanıb qrupa düşsünlәr\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close