Manşet-3

Məmurlar bağ itlərinə qənim kəsilib – Qeyri-adi müsadirə

reklam...

Məmurlar bağ itlərinə qənim kəsilib – Qeyri-adi müsadirə
Son bir həftə ərzində havaların hədsiz dərəcədə isti keçməsi məmurların Bakıətrafı kənd və qəsəbələrdəki villalarına axını sürətləndirib. Bilgəh, Fatmai, Novxanı və s. kəndlərin bağ massivində, habelə dənizkənari ərazilərdə inşa etdikləri villalara köçən məmurlar, ətrafdakı ev itlərinə qənim kəsilib. Belə ki, gecələr ev itlərinin səsindən yata bilmədiklərini bildirən məmurların narazılığı ətraf ərazidəki bütün ev itlərinin müsadirəsinə səbəb olub.
Bu barədə cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, aralarında nazir və nazir müavinlərinin də olduğu məmurların ev itləri ilə bağlı narazılığından sonra məmurların yaşadığı ərazilərdəki həyətlərə baxış keçirən əlaqədar dövlət qurumlarının yetkililəri ev itlərini müsadirə etməyə başlayıb. Baş verənlərdən şoka düşən vətəndaşların etirazına cavab olaraq itlərin “digər vətəndaşların” istirahət hüququnu pozduğunu əsas gətirən yetkililər, məlum prosedurun tamamilə qanuni olduğunu, yay mövsümü başa çatandan sonra itlərin sahiblərinə geriq aytarılacağını bildirib.
Mənbənin sözlərinə görə, bəzi vətəndaşlar itlərini yetkililərə təhvil verməyərək başqa ərazidə məskunlaşan qohum və tanışlarının həyətində yerləşdirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close