Manşet-3

Həbsdə olan baş redaktorun xanımına qarşı əxlaqsızlıq – FOTO

Həbsdə olan baş redaktorun xanımına qarşı əxlaqsızlıq - FOTO
Hazırda həbsdə olan \”Jam.az\” saytının redaktoru, jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) xanımı Faiqə Nösrətiyə qarşı təxribat edilib. \’\’Facebook\’\’ sosial şəbəkəsində saxta pforillə jurnalistin xanımı rəqqasə kimi təqdim olunub və mobil nömrəsi yerləşdirilib.

Bu barədə Criminal.az saytına F.Növrəstə məlumat verib. Onun sözlərinə görə, möbil nömrəsi əxlaqsız bir qadının profilində paylaşılıb və dayanmadan ona zənglər gəlir. O, bunun ailəsinə qarşı növbəti təxribat olduğunu bildirib.

F.Növrəstə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmədiyini deyib.

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Fikrət Fərəməzoğlu 10 il öncə – «24 saat» qəzetinin baş redaktoru olarkən, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə də cinayət məsuliyyətinə cəlb edilmişdi. O vaxt məhkəmə jurnalistə 1 il şərti həbs cəzası vermişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close