Manşet-3

Ermənistan müdafiə nazirinin müavini Azərbaycanla müharibə anonsu verdi

Ermənistan müdafiə nazirinin müavini Azərbaycanla müharibə anonsu verdi
Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan Azərbaycanın Qarabağ münaqişəsini müharibə yolu ilə həll edəcəyini bildirib.

Zakaryanın fikrinə əsasən rəsmi Bakının silahlanmaya böyük pul ayırması bundan xəbər verir.

Nazir müavini deyib: \”Azərbaycan silahlanma siyasətini bazar və silah çeşidlərini artıraraq davam etdirir. Rəsmi Bakının silahlanmaya böyük pul ayırması Qarabağ münaqişəsinin müharibə yolu ilə həll etmək barədə qərarından xəbər verir\”.

Artakın etirafları bununla da bitmir. Bəyanatından da məlum olduğu kimi erməni nazir müavini hay siyasətinə sadiq qalaraq hay-küy qaldırmaq, Rusiya və ATƏT-i ittiham etməkdədir: \”2013-cü ildən Azərbaycan təmas xəttində vəziyyəti gərginləşdirir. Ermənistanın beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bu barədə məlumat çatdırması cavabsız qalır\”.

Görünən budur ki, erməni tərəfi 2016-cı ilin qısa müddətli aprel zəfərini hələ də həzm edə bilmir. Bunu Artakın çıxışından da sezmək mümkündür: \”1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb. Amma Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlarda nəzarəti özünə qaytarmaq istəyir. 2016-cı ilin aprel ayında baş verən qısamüddətli müharibədəki hərbi əməliyyatlar da həm birinci Qarabağ müharibəsi, həm də atəşkəsdən sonrakı misilsiz döyüşdür. Bütün təmas xətti boyu intensiv atəş, müxtəlif növ silah və hərbi texnikanın istifadəsi, cəlb edilən canlı qüvvə bunu deməyə əsas verir. Ermənistan qarşı tərəfin hücumunun və geniş hərbi əməliyyatların qarşısını almaq üçün tədbirlər tökür\”.

Ermənistan müdafiə nazirinin müavini qeyd edib ki, danışıqlar prosesində ciddi irəliləyiş olmasa, cəbhə xəttində ciddi toqquşma və vaxtaşırı vəziyyətin kəskinləşməsi davamedici xarakter alacaq. Bununla barışmaq lazımdır.

Bununla da erməni tərəfi danışıqlarda irəliləyişin olmaması təqdirdə müharibənin yenidən alovlanacağını dərk edirlər. Ermənistanın müdafiə nazirinin birinci müavininin belə etirafı bir çox mətləblərdən xəbər verir.

Hikmət Həsənov
Ölkə.Az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close