Manşet

“Cahangir Hacıyev türmədə istidən bişir, “vintilyator”a izacə vermirlər” – VƏKİLİ SAVASH.ORG-a DANIŞDI

“Cahangir Hacıyev türmədə istidən bişir, “vintilyator”a izacə vermirlər” – VƏKİLİ SAVASH.ORG-a DANIŞDI
“Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev hazırda həddən artıq dözülməz, son dərəcə dəhşətli isti kamerada saxlanılır”.

Bu barədə C.Hacıyevin vəkili Aqil Layıcov Savash.org-a bildirib. Vəkil qeyd edib ki, kameraya öz hesabına sərinkeş qoyulmasına icazə verilməsinə dair Ədliyyə Nazirliyinə müraciət ünvanlanıb:

\”Hələ ki cavab yoxdur. Bakı İstintaq Təcridxanası səhra kimi yerdə yerləşir. Orada yaxınlıqda kanalizasiya gölməçəsi də var. Zabrat qəsəbəsinin kanalizasiya suları da ora axıdılır. İsti bir yandan, üfunət iyi də ərşə qalxır. Orada havasızlıqdır. Təsəvvür edin ki, kameranı gün vurur, divarları, dəmir barmaqlıqlar elə qızır ki, səhərə qədər də soyumur. Kameralardan od-alov çıxır, 45 dərəcə isti olur. Müvəkkilim deyir ki, istidən bişirik. Belə dözülməz isti infarkt riskini 1-ə 10 artırır”.
A.Layıcov BİT-də quraşdırılan mərkəzi havalandırma sisteminin havanı soyutmadığını da diqqətə çatdırdı: “Həbsdə saxlanan şəxslərin saxlama qaydalarına görə qanunla qadağan olunmayan əşyaları kameralarına keçirə bilərlər. Biz də qanunla qadağan olunmayan kondisioner, sərinkeşin öz hesabımıza kameraya qoyulmasını xahiş etmişik. Hələ ki cavab verilməyib”.

Məsələni dəyərləndirən Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Savash.org-a söyləyib ki, cəzaçəkmə müəssələrində məhkumların saxlanma şəraiti qanunvericilik standartlarına uyğun olmalıdır:

\”Elə şərait yaradılmalıdır ki, onlar yaşamaq imkanına malik olsunlar. Sanitar qovşaq, səhiyyə xidmətlərindən istifadə , qida və paltarla təmin olunmalıdırlar. Qanunvericilik bunu tələb edir. Və bununla bağlı da konkret olaraq normalar var. Azərbaycanda qanunvericiliklə hər bir məhkumun yaşayış sahəsi 4 kv\\m az olmamalıdır. Eyni zamanda məhkumların sayı ilə bağlı da normativlər var. Mövsümə uyğun yemək və paltar normaları var. Bu standartlar aradan götürülməyib. Daha çox Avropadakı qaydalarla istinad edilib. Orda nəzərdə tutulmuş standartların Azərbaycan qanunvericiliyinə gətirilməsi baş verir və başa çatmış prosesdir. Bununla yanaşı, son illərdə müşahidə edirik ki, cəzaçəkmə müəssələrində məhkumların saxlanma şəratinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Cəzaçəkmə müəssələrində yataqxanaların təmiri, cəzakəcəkmə müəssələrində kontenyer -kondisioner, \”vintilyator\” sisteminin qurulmasının da şahidi olmuşuq. Hər bir cəzaçəkmə müəssəsində \”vintelyator\” var\”.

Fond sədri bəyan edib ki, müasir standartlara cavab verən yeni cəzaçəkmə müəssələri də inşa olunub: \”Məsələn, Kürdaxanıda olan Bakı istintaq təcridxanası tam yeni standartlara uyğundur. Orda nəfəsliklə bağlı məsələlər, adam başına düşən sahə , soyuq- isti su və sair təminatlar yüksək səviyyədə təşkil olunub. Bunlar hər bir kameranın özündə quraşdırılıb. Burda heç bir məhdudiyyət yoxdur. Hər bir şəxs ondan istifadə etmək imkanına malikdir. Hətta yay aylarında havalar isti olduğu üçün cəzaçəkmə müəssələrində hamamdan istifadə ilə bağlı məhdudiyyətlər aradan qalxır. İstənilən vaxt gedib, hamam qəbul etmək imkanına malikdirlər. Hətta yayda əlavə olaraq bu imkanlar verilir ki, məhkumlar gün ərzində yatıb dincəlsinlər. Belə məsələlər son vaxtlar daha da genişləndirilir\”.

Ekspertin qənaətincə, bəzi çəzaçəkmə məsələlərində sıxlıq yaşanır: \”Bu sıxlıq konstruksiya xarakteri daşıyır. Bəzi cəzaçəkmə müəssələri ötən əsrdə tikilib və yaxud da başqa təyinat üçün tikələn binalar sonradan çəzaçəkmə müəssi kimi istifadə olunub. Bütün bunlar müəyyən qədər kontruksiya sıxlığı yaradır. Məhkumların sayı çoxdur. İndi mütəmadi əfv sərəncamlarının verilməsi cəzaçəkmə müəssələrində məhkumların sayının azaldılmasına gətirib çıxarıb. Son 3 ildə 4 min 500 yüzdən artıq şəxs vaxtından əvvəl şərti azdlığa çıxarılıb. Bu istiamətdə işlər getdikcə cəzaçəkmə müəssələri boşaldılır. Məhkumların sayı azaldılır. Cəza prosesinə dair islahatlar gedir\”.

Ə. Nuriyev Qobutan cəzaçəkmə müssəsi tamamilə köhnədir: \”Güman edirəm ki, bunu əvəzləmək üçün yeni cəzaçəkmə müəssi bu ilin sonuna qədər isifadəyə verilə bilər. Çünki yeni cəza çəkmə müəssəsi inşa olunurdu. Tikinti işləri başa çatandan sonra bütün məhkumlar Qobustandan ora köçürüləcəkdir. Əlbəttə, Qobustan yerləşdiyi yerə görə, çox istidir. Həm də ora çox köhnə bir müəssədir. Ordakı kameralar müvafiq standartlara uyğun gəlmir. Mən və ictimai komitənin bir neçə üzvü yaxın günlərdə bir çox cəzaçəkmə müəssələrində yenidən monitorinq aparacağıq. Sizin dediyiniz məsələlərə diqqət edəcəyik. Bu problemlərin önlənməsi üçün görülən işlərlə maraqlanacağıq\”.

Orxan
Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close