Manşet

Hakimiyyətin dini radikalizmə müharibə elanı dəstəklənir: \”DÖYƏNƏ ƏLSİZ, SÖYƏNƏ DİLSİZ” OLMAQ ZAMANI DEYİL

Hakimiyyətin dini radikalizmə müharibə elanı dəstəklənir: "DÖYƏNƏ ƏLSİZ, SÖYƏNƏ DİLSİZ” OLMAQ ZAMANI DEYİL
Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzasının tətbiqi nəzərdə tutulub.Milli Məclisdən verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunur.

Mövzunu şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Savash.org-a söyləyib ki, bütün ölkələrdə müxalifətin, ictimai- siyasi güclərin fəaliyyətinə maneələr var: \”Əfqanıstan, Suriya, İraq, İran və digər islam ölkələrinə diqqət etsək görərik ki, həmin ölkələrdə hökumətə qarşı mübarizə aparan qüvvələrin 99 faizi məhz dini təmayüllülərdir:

\”Nəzərə alınmalıdır ki, dini qüvvələr demokratik qüvvələrə nisbətən daha radikaldır. Onlar həm də böyük gücə malikdirlər. Məhz ona görə də, Azərbaycan hökuməti bundan narahatlıq keçirir. Bu səbəbdən belə qərar qəbul edib. Bilirik ki, radikal dini qüvvələr Azərbaycanda kifayət qədər tərəfdar toplaya biliblər. Onların sosial bazası da var. Həmçinin Azərbacanda dini qüvvələr öz niyyətlərini həyata keçirmək üçün müəyyən addımlar atırlar. Görünür, Azərbaycan hökuməti bunun qarşısını almaq məqsədilə həmin qanunu qəbul etməyi düşünür\”.

İlahiyyatçı-alim Elşad Miri isə Savash.org-a açıqlamasında alınan qərarın başadüşülən və zəruri olduğunu deyib: \”Türkiyədə baş verən hadisələrdən sonra Azərbaycanın qabaqlayıcı addım atması təqdirəlayiqdir. Dini radikalizmdən irəli gələn müəyyən təhlükələrin önünə keçmək üçün bu cür qadağalar vacibdir. Bir müddət əvvəl baş verən Nardaran hadisələri də sözügedən təhlükədən xəbər verirdi”.

Ekspertə görə, bu məhdudiyyətlərdən heç kim sui-istifadə etməməlidir: \”Bəzi qüvvələr qadağaları əlində bayraq tutaraq öz məqsədi üçün istifadə edə bilər. Belə halların qarşısı alınmalıdır. Digər məqamlarda isə dövlət öz təhlükəsizliyini qorumalıdır və bunun üçün zəruri qərarlar verməlidir. Türkiyədə sön dönəmə qədər belə bir deviz var idi: – \”döyənə əlsiz, söyənə dilsiz” olmaq. Amma 15 iyul hadisələri bu düşüncədə olmağın yanlış olduğunu ortaya qoydu. Həmin gecə radikal qüvvələr \”F-16”larla, tanklarla nə qədər insanı şəhid etdilər. Belə məsələlərdə Azərbaycan hökuməti də üzərinə düşəni etməlidir”.

Orxan
Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close